XƏBƏRLƏR / Siyasət

Vladimir Putin İlham Əliyevə zəng edib

Bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti xəbər verib

Vladimir Putin İlham Əliyevə zəng edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Oktyabrın 24-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

    Azərbaycan və Rusiya prezidentləri Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində oktyabrın 9-da keçirdikləri görüşün davamı olaraq ikitərəfli gündəliyin bir sıra aktual məsələlərini müzakirə ediblər.

    Dövlət başçıları iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsinə, həmçinin enerji və nəqliyyat-logistika sahələrində birgə layihələrin həyata keçirilməsinə qarşılıqlı maraqlarını təsdiqləyiblər.

    Telefon söhbəti zamanı regional əməkdaşlığın bəzi aspektlərinə və beynəlxalq vəziyyətə toxunulub.

    Müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi barədə razılıq əldə olunub.