XƏBƏRLƏR / Siyasət

Dövlət Departamentindən Azərbaycan-Ermənistan sərhədinə dair

Rəsmi Bakı Ermənistandan işğal edilmiş 4 eksklav olmayan kəndin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı) mübahisəsiz və dərhal azad edilməsini istəyir

Dövlət Departamentindən Azərbaycan-Ermənistan sərhədinə dair
  • Oxuma müddəti:

    1 dəqiqə

  • ABŞ Dövlət Departamenti Azərbaycan-Ermənistan sərhədinin demarkasiyasına xüsusi diqqət yetirir.

    Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel Vaşinqtonda keçirdiyi brifinqdə jurnalistin sualını cavablandırarkən deyib.

    Onun sözlərinə görə, Azərbaycan-Ermənistan sərhədinin demarkasiyası məsələsi təkcə dövlət katibi Antoni Blinkenin diqqətini çəkmir:

    “Bu, bizim diqqətimizdə olan məsələdir. Təkcə dövlət katibi deyil, həm də dövlət katibinin köməkçisi O'Brayen (ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi), eləcə də baş əlaqələndirici Bono (ABŞ Dövlət Departamentinin baş məsləhətçisi) tərəflərlə əlaqə saxlamaqla məsələyə diqqət yetiriblər”.

    Xatırladaq ki, rəsmi Bakı Ermənistandan işğal edilmiş 4 eksklav olmayan kəndin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı) mübahisəsiz və dərhal azad edilməsini istəyir.

    Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə gün öncə Tavuş rayonunda yerli sakinlərlə görüşdə sözügedən kəndlərin Azərbaycana təhvil veriləcəyini bildirib.

    Qeyd edək ki, hazırda Qazax rayonunun erməni işğalı altında 7 kəndi var: Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı, Yuxarı Əskipara, Sofulu, Barxudarlı.

    Həmin kəndlərdən 3-ü eksklav kəndlərdir (Yuxarı Əskipara, Sofulu, Barxudarlı).