XƏBƏRLƏR / Siyasət

Aİ Mərkəzi Asiyaya vahid investisiya bazarı kimi baxır

Bu barədə Aİ-nin Daşkənddəki nümayəndə heyətinin rəhbəri Toyvo Klaar bildirib.

Aİ Mərkəzi Asiyaya vahid investisiya bazarı kimi baxır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Toyvo Klaar: Aİ Mərkəzi Asiyaya vahid investisiya bazarı kimi baxmaq daha sərfəlidir.

    "Özbəkistan Prezidenti Mirziyoyev Mərkəzi Asiyaya vahid region kimi baxmağa üstünlük verir və o, beş ölkə arasında maneələrin aradan qaldırılmasının tərəfdarıdır. Kənar investorlar üçün də regionu vahid bazar kimi görmək daha sərfəlidir və yalnız bu halda onların birgə iqtisadiyyatı daha cəlbedici olacaq. Bütün regionda fabriklər tikiləcək, investisiyalar asanlaşacaq və ticarət fəallaşacaq. Əgər ölkələr öz aralarında olan maneələri aradan qaldırsalar, bu biznesin Aİ-yə böyük faydası olacaq", - Klaar Kun.uz saytına müsahibəsində bildirib.

    O, həmçinin qeyd edib ki, Avropa İttifaqı regionda hər hansı eksklüziv münasibətlərə can atmır: “Bizim Mərkəzi Asiyada nəyə nail olmaq istəyirik və təkliflərimiz bu ölkələrin də maraqlarına uyğundur”.