Albaniyanın Baş naziri Azərbaycana işgüzar səfərə gəlib
Albaniyanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb

Albaniya Respublikasının Baş naziri Edi Rama martın 1-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Albaniyanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Baş nazir Edi Ramanı hava limanında Azərbaycanın energetika naziri Pərviz Şahbazov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşıladılar.