BLOQ

Saatlar və Möcüzələr 2023 Cenevrə

Sərgi bir daha sübut etdi ki, saat aləmi ciddi inkişafdadır. Yeniliklər inanılmaz və gözqamaşdırıcıdır!

Saatlar və Möcüzələr 2023 Cenevrə
  • Oxuma müddəti:

    8 dəqiqə

  • Saatlar aləmində XIX əsrdə hökm sürən texniki və dizayn inkişaf və innovasiyalar, bir sözlə, möcüzələr geri döndü desək, yanılmarıq! 
    Asanlıqla demək olar ki, 27 Mart – 2 Aprel İsveçrənin Cenevrə şəhərində davam edən Watches & Wonders 2023 (Saatlar & Möcüzələr) adlı meqasərgi saat istehsalçılarının indiyədək nümayiş etdiyi yeni ixtiralar və novatorluqla keçirdikləri ən böyük və möhtəşəm tədbir hesab oluna bilər. 
    Həftə ərzində dünyanın ən tanınmış saat istehsalçıları ən son nailiyyətlərini burada təqdim edirlər və sübut etdilər ki, sənətin dünyaya deməyə hələ ciddi sözü və təəccüb edəcək yenilikləri var. Bu Baume&Mercier, Rolex, Patek Philippe, Charriol, Cartier, Chopard, Jaeger-LeCoultre və Vacheron Constantin kimi məşhurlar və hələ tanınmayan, amma saat aləminə yenilik və innovasiyaları ilə ildırım kimi çaxılan gənc Ressence, Phillip Plein, Trilobe kimi saat markalarıdır. Və bu yeni markaların icad etdiyi yeni saat mexanizmləri və dizaynı o qədər inanılmaz və mürəkkəbdir ki, biz, saatlarla 30 il məşğul olan adamlar heyran qaldıq.

    Üç gün sərgidə keçirdiyimiz vaxt, sözsüz ki, hədər getmədi və burada keçirdiyim ən maraqlı, diqqətəlayiq və təsiredici anları vurğulayaraq çalışacağıq ki, balaca bir bloqumuzda sizi dünya inciləri və inanılmaz innovasiyaları ilə tanış edək. Beləliklə, hazır olun və  Saatlar & Möcüzələr 2023 sərgisində mühəndislik və Dizayn nöqteyi-nəzərindən ən maraqlı, gözlənilməz modellərlə tanış olun və səbirsiz gəzintidən həzz alın!

    Ressence Type 8 S

    Əvvəlcə, gənc marka sayılan Ressence brendinin nazik və yüngülçəkili Type 8-in ən son versiyası ilə tanış olaq. Saat aləmində əqrəblərin tam yeni hərəkət prinsipi ilə işləyən təravətli firuzəyi yaşıl sənət əsərini sizə təqdim edirik. 

    Resennce Type 8 S yalnız 11 mm qalınlığında və cəmi 42 qram ağırlığında 42,9 mm genişlikdə titan korpusa malikdir. Korpus cilalanmış və atlaz bitirmə qarışığı təklif edir və əla dəri toqqa ilə təchiz edilir. 
    Saatın işləmə prinsipi heyranedicidir. İnqilabi yanaşma nəticəsində bu saatda əqrəblər yox, üzərində əqrəblər çəkilmiş siferblatın özü dövran edərək bizə vaxtı göstərir. Ressence saatlarının qurma düyməsi də yoxdur.

    Bu avtomatik və kosmik gəmiyə bənzər dizayna malik saat arxasında açılan dəstək bir cüt fırlanan diskləri işə salıb, saatı və dəqiqəni hərəkətə gətirirək vaxtı tənzimləyir. Bu avtomatik mexanizmə malik saat həmin dəstəyin fırlanması ilə qurulur və beş gün dayanmış vəziyyətdə çalışa bilər. 

    Ressence Type 2

    Bu inanılmaz saat eyni zamanda iki fərqli ölkə vaxtını göstərməyə qadirdir.

    Deyəcəksiniz, belə saatlar çoxdan var və hələ Longines tərəfindən GMT Time adı ilə XX əsrin əvvəlində patentləşdirilib. Tamamilə düzdür, amma Ressence Type 2-nin bir "əmma"sı var. Bu saatlar möcuzəli mexanizmə malikdir. Belə ki, saatın sapfirdən istehsal olunan şüşəsinə toxunmaqla mexanizm aktivləşdirilir və idarə olunur. Mexaniki saatlar hələ heç vaxt toxunma təcrübəsi ilə çalışmadığından istifadəçi saatını bu qədər rahatlıqla istifadə etməyib.

    Bu hələ harasıdır? Saat özü-özünün enerjisinin nə zaman tükəndiyini aşkar edə bilir və enerji ehtiyatını tükəndirməzdən əvvəl hərəkəti dayandıraraq, onu bir növ yatızdırır və yenidən sahibi tərəfindən ələ götürüləndə işə salınır. Bu saatın da əqrəbləri yoxdur. Onların yerinə tam şəkildə üzərində əqrəblər çəkilmiş disklər hərəkət edir. İnanılmaz avtomatik mexanizm heç bir vaxt dayanmır. Buna nail olmaq üçün mühəndislər saatın dizaynını xırda mikroskopik günəş batareyaları ilə təchiz ediblər və onlar süni intellekt nəticəsində yalnız saatlar istifadə olunmayanda və enerjisi tükənədə bir anlıq açılaraq tələbini bərpa edir.

    Patek Philippe 6007G Calatravas

    Patek Philippe funky və idman görünüşlü Calatravas üçlüyü təqdim etdi. Bu yeni istinadlar çox dinamikdir və üç unikal rəngdə təqdim olunur. Patek Philippe bununla bir sıra dəbdəbəli saat markalarına bir növ dəbin nə olduğu və hətta Patek kimi ciddi mühəndis innovasiyalarına malik, ağır nüfuzlu saat brendinin çox təravətli və dəbdəbəli saatlar istehsal edə biləcəyinə eyham vurur. Bu modelin mavi, qırmızı və sarı modelləri var və hər bir istinad fərqli, lakin çox oxşar saat kimi özünü saxlayır.

    Hər bir model ağ qızılla örtülmüşdür, hər bir parçanın mərkəzi xüsusiyyəti siferblatın ortasındakı “karbon” naxışlı siferblatdır ki, bu da oxşar stilizə edilmiş naxışla saatın toqqasında da vurğulanır. Bununla Patek Philippe çox müasir və çox qeyri-Patek saatını dəbdəbə sevənlərin qarşısına çıxardı!

    Rolex, Oyster Perpetual

    Lakin dünyada birincilər sırasında olan innovative saatsaz Rolex də dünya dəbdəbə dizaynerlərinə meydan oxudu.

    Ancaq bəlkə də ən təəccüblüsü bu yeniliyi klassik Oyster Perpetual-ın başına səpələnməsi oldu. Bu il Rolex bütün yeni Oyster Perpetual modellərində inanılmaz motivlər və çalarlar gətirdi. “Celebration” adlı yeni siferblat dekorasiyasından təəccüblənən saatsevərlər daim bu sənət əsərlərini ilklər sırasına çəkərək ən dəbli saat adlandırdılar. Nə qədər qütbləndirici olsa da, bu yeni rəngli siferblat modeli gözlənilməz olduğu qədər də, modern və təravətli oldu!

    Philipp Plein, Sceleton

    Lakin dizaynerlər də ciddi saatsazlar qarşısından qaçmayaraq, onlara saat ustalığı dərsi keçdilər. Belə ki, dünya məhşurlu dizayner Philipp Plein 2023-cü ilin saat kolleksiyası ilə hamını pərişan etdi. Belə ki, Philipp Plein Sceleton kolleksiyası doğrudan da saatsazlıq nöqteyi-nəzərindən maraq cəlb edən nüsxələrlə ambisiyalarını ciddi brendlərə nümayiş etdirdi və dərhal bütün "əjdaha"ları narahat etdi.

    Azərbaycanın ilk dəqiq mexanizmlər istehsal edən saat fabriki də bu möhtəşəm sərgidə qonaq qismində iştirak edirdi. Artıq 25 ildən çox saat bazarında inkişaf edən Azərbaycanın VMF Saat Fabriki 2023-cü ilin VMF Natural Freguencies, Rover və Elli markaları ilə partnyorlarını valeh edə bildi. Bir sıra ölkələrin aparıcı saat ticarətçiləri ilə müqavilələr bağlandı, ən əsası isə Azərbaycan ciddi saat istehsalçısı kimi dünyaya qədəm basdı!

    Sözsüz ki, VMF saat markalarına inkişaf etmək üçün dövlət və xalq dəstəyi lazımdır. Xatırlayırıq, hələ 2000-ci illərin əvvəlində ANS “Hamı yerli mal alsın, xeyir vətənə qalsın!” kampaniyasına başlamışdı. O zamanlar istehsalatımızın hər bir sahəsi çiçəklənməyə başladı və ciddi milli iqtisadi yüksəliş nəzərə çarpdı. Lakin bu gün də yerli istehsala təkan vermək yalnız azərbaycanlıların vəzifəsidir.

    Uzun mddətdir, Azərbaycan yalnız xaricdə istehsal olunan məhsullarla dolanır, lakin KOBİA (Kiçik və Orta Biznesin İnkişafı Agentliyi – müəlif) sayəsində bu gün yerli bazarda dirçəliş hiss olunur. Bu təqdirəlayiq haldır. Lakin xalq özü yerli istehsalçıları dəstəkləməsə və yerli istehsalçılar özləri Azərbaycan məhsulunun dəyərini anlamasa, bu sözün ağırlığı və məsuliyyətini dərk etməsə, inkişaf olmayacaq. Biz, sadəcə, indi olduğu kimi, dünyada istehsal olunan məhsulların istifadəçisi olacağıq. Pullar gedəcək xaricə, işsizlik hökm sürəcək və dünyaya inteqrasiya kimi vacib amil - Azərbaycanın reytinqini aşağı salacaq.