Alen Simonyan Qarabağ ermənilərinin pasport etirazını doladı
Bu barədə erməni mənbələri məlumat yayıb VİDEO
Alen Simonyan Qarabağ ermənilərinin pasport etirazını lağa qoyub.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan etiraz aksiyası zamanı jurnalistlərlə danışarkən Qarabağ ermənilərinin pasportlarında "Azərbaycan"dan fərqli sözlərin qeyd edilməsi tələbinə qarşı çıxıb.
Jurnalist bunun doğru olub-olmadığını soruşduqda, Simonyan bu insanların dəqiq harada doğulduğunu və nəyi məqbul hesab etdiklərini soruşub.
Toplananlar Azərbaycanda deyil, "Artsax"da doğulduqlarını bildirdikdə, Simonyan "Artsax"ın doğulduqları vaxt bir dövlət kimi mövcud olub-olmadığını soruşaraq cavab verib. Jurnalist onların orada yaşadıqlarını qeyd etdikdə, o, özünün Rusiya və Fransada yaşadığını, lakin bunun məsələnin mahiyyətini dəyişdirmədiyini bildirib.
Pasport sütununda "Artsax Respublikası"nın qeyd edilməsi təklifinə münasibət bildirən Simonyan bildirib ki, onlar özləri "Artsax Respublikası"nı ləğv ediblər.
Azərbaycana səfəri ilə bağlı danışan Simonyan səfərin dekabrın əvvəlində baş tutacağını deyib. O, səfərin Bakıya olmayacağını vurğulayıb.
“Ehtimal edirəm ki, ya Gəncəyə, ya da başqa bir şəhərə gedəcəyik, lakin Bakı olmayacaq”, –Simonyan bildirib.