XƏBƏRLƏR / Qonşular

Ermənistan parlamentinin iclası ənənəvi əlbəyaxa ilə açıldı

Bu barədə erməni mətbuatı xəbər yayıb FOTO

Ermənistan parlamentinin iclası ənənəvi əlbəyaxa ilə açıldı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistan parlamentində spiker Ruben Rubinyan müxalifətdəki "Güclü Ermənistan" partiyasının üzvü Edqar Qazaryanın sözünü kəsdikdən sonra əlbəyaxa dava baş verib.

    Rubinyanla qısa mübahisədən sonra Qazaryan tribunadan qayıdıb oturub, bu zaman hökumətyönlü deputat Vahe Qalumyan ona yaxınlaşaraq "razborka" aparmaq istəyib.

    Qalumyanın yolunu Qazaryanın fraksiya həmkarı Vazinak Vartanov kəsib və bu, digər parlament üzvlərinin də qoşulması ilə nəticələnən davaya səbəb olub.

    Spiker sonda fasilə elan edəndən sonra qaydasız döyüş dəhlizdə davam edib.