Almaniya bütün qaçqınlara ödənişləri azaldacaq
Bu barədə “Deutsche Welle” alman nəşri yazıb
Almaniya hökuməti gələn ildən ölkədəki bütün qaçqınlara ödənişləri azaldacaq.
Bu barədə “Deutsche Welle” alman nəşri yazıb.
Nəşrin yazdığına görə, qaçqınlar üçün ümumi sosial müavinətlərin azaldılması ilə yanaşı, 2024-cü ildən etibarən hökumət Almaniyada sığınacaq axtaran hər şəxsə ümumi 7500 avro məbləğ ödəyəcək.
Almaniya Kansleri Olaf Şolts ölkə parlamentindəki çıxışı zamanı Almaniyanın qaçqın siyasətinə dəyişiklik etmək üçün bir sıra təkliflərlə bağlı 16 federal ərazinin rəhbərləri ilə razılığa gəlindiyini deyib.
Hakimiyyət bu yolla yerli vergi ödəyicilərinin üzərinə düşən yükü azaltmaq, özünü hökumətdən aldığı müavinətlə təmin edən və iş axtarmayan miqrantların sayını azaltmaq istəyir.
Həmin dəyişikliklərin ukraynalılara təsir edib-etməyəcəyi məlum deyil, çünki Ukraynada müharibə başlayandan Almaniyaya köç edənlər qaçqınlar kimi deyil, alman vətəndaşlarla eyni müavinət alırlar. Onlara müvəqqəti qorunanlar statusu verilib.