XƏBƏRLƏR / Hərbi

Almatıda qəzaya uğrayan helikopterin ekipajı hələ tapılmayıb

Bunu fövqəladə hallar nazirinin müavini Kegen Tursınbayev bildirib

Almatıda qəzaya uğrayan helikopterin ekipajı hələ tapılmayıb
Arxiv
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İyulun 25-də Almatı vilayətində radarlardan itən EC-145 hərbi helikopterinin ekipajının axtarışları hələ də davam edir.

    Qazaxıstan KİV-i xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini Kegen Tursınbayev hökumətdə keçirilən brifinqdə bildirib.

    "10 gün keçib, hazırda gölün 50 faizi yoxlanılıb. Axtarış işləri Müdafiə Nazirliyinin rəhbərliyi altında aparılır. Axtarışlar davam edir. Sorbulak su anbarının yaxınlığında helikopterin bir neçə fraqmenti aşkar edilib", - o qeyd edib.

    İlkin məlumata görə, təyyarənin göyərtəsində üç ekipaj üzvü olub.