"Amfibiya"mız Türkiyədə meşə yanğınları ilə mübarizə aparır

FHN xəbər verir VİDEO

  • Oxuma müddəti:

    0 dəqiqə

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədəki güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.

    Bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.

    Ötən gün ərzində Muğla-Ula istiqamətində fəaliyyət göstərmiş təyyarə 12 dəfə suboşaltma əməliyyatı yerinə yetirməklə meşədəki yanğın ocaqlarına ümumilikdə 114 ton su töküb.

    Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.