Hökumət adamı həbs edəndə ona dediyi ilk söz nə olur? Sus danışma, kəs səsini.
Bu söz birinci dəfə mənə deyiləndə fikirləşmişdim ki, bunu ilk dəfə mənə anam deyib axı. Necə ola bilir ki, ana da adama deyir, sus, danışma, kəs səsini, hökumət də. Bunları nə birləşdirir? Bunlar niyə eyni zehniyyətdədir?
37 il repressiyasına ən çox atalar məruz qalıb. Analar övladlarını qorumaq üçün onları sistemə itaət ruhunda tərbiyə edib. Uşaq ağzın açan kimi deyir, sus, danışma, kəs səsini. Bu itaət artıq tərbiyəyə, vərdişə çevrilib.
Zehniyyətin kökü eyni mənbədən gəlir deyə sistem də avtoritardır, analarımız da. İkisi də ancaq özünə istinad edir. Məsələn, Azərbaycan anasının özünün təhsili olmayıb və bu da ər evində üzünə çəkilib deyə istəyir ki, qızı təhsil alsın, diplomu da gələn elçilərin gözünə soxsun. Görürsünüz, özünə istinad edir. Oğluna elçi gedir. Qızın ora-burasına elə baxır, elə bil özünə alır. Qız ananın xoşuna gəlməsə o ailənin xoşbəxtliyi böyük bir sual altına düşür. Özünə istinad edir.
Azərbaycan anası övladından az işləyir, övladından az oxuyur, övladından az bilir, amma bütün nəsil istisnasız olaraq ana ilə hesablaşır. Hətta yeznə də onun sözü ilə oturub-durur. Azərbaycan anası insanın ərazi bütövlüyünü, onun suverenliyini, müstəqilliyini bir ömür öz südü ilə işğal altında saxlayır. Söhbət ana zehniyyətindən, avtoritarizmin köklərindən gedir. Konkret hansısa bir anadan yox.
Rusiya işğalçı orduya sülhməramlı adı qoyduğu kimi, analarımız da bütün bu işləri müqəddəs adı altında həyata keçirir.

Ana vətən sözünü bizim dilimizə elə-belə salmayıblar.