Ana Vətən Partiyasının qurultayında qalmaqal
Sədr postu uğrunda Fəzail Ağamalının qızı və oğlu mübarizə aparır
Bu gün Ana Vətən Partiyasının bu gün keçirilən növbədənkənar qurultayında qalmaqal yaşanıb.
Hazırkı sədri Fəzail Ağamalının qızı Günay Ağamalı və oğlu Elçin Ağamalı partiya sədri postuna iddialı olub.
Günay Ağamalı və Elçin Ağamalı arasında qalmaqal yaşanıb.
Fəzail Ağamalı deyib ki, Elçin Ağamalı qurultayın işini pozmaq istəyib və yaranmış vəziyyətdə qurultay nümayəndələri Fəzail Ağamalının növbəti qurultaya qədər sədr postunda qalmasını dəstəkləyiblər.
Günay Ağamalının köməkçisi isə Fəzail Ağamalının postunda qaldığını, Günay Ağamalının daha sonra qurultayda baş verənlərə münasibət bildirəcəyini söyləyib.
"Ana Vətən Partiyasının bu gün keçirilən növbədənkənar qurultayında mən Partiyanın yeni sədri seçilmişəm".
Bunu Elçin Ağamalı bildirib.
Elçin Ağamalı deyib ki, qurultayda atası Fəzail Ağamalı sədr postundan istefa verib.
"Sədr postuna 4 nəfər namizəd olub. Günay Ağamalının namizədliyini Fəzail Ağamalı özü irəli sürüb. Mənim namizədliyim qurultay nümayəndələri tərəfindən irəli sürülüb. Fəzail Ağamalı mənim qurultayda çıxışıma imkan verməməyə çalışdı, təkidlərimdən sonra çıxış üçün 5 dəqiqə vaxt aldım. Qurultday nümayəndəlrinin mənə münasibətini görən Fəzail Ağamalı zalın işığını söndürtdürməyə çalışdı. Buna baxmayaraq 155 qurultay nümayəndəsindən 100-dən artığının səsi ilə mən sədr seçildim”.
Qeyd edək ki, Elçin Ağamalı mediaya açıqlamasında bildirib ki, hazırda qurultayda iştirak edən 100 nəfər nümayəndə onu dəstəkləyir, ədalətli nəticə əldə etmək üçün əllərindən gələni edəcək.
2 dəqiqə