Qayıdış

ANAMA rəhbərliyi Aİ-nin Bakıdakı təmsilçisi ilə görüşüb

Görüş zamanı minatəmizləmə sahəsində Avropa İttifaqı ilə gələcək əməkdaşlıq müzakirə olunub

ANAMA rəhbərliyi Aİ-nin Bakıdakı təmsilçisi ilə görüşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ANAMA və Avropa İttifaqı minatəmizləmə üzrə birgə işin perspektivlərini müzakirə edib.

    Bu məsələ ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov ilə Aİ-nin Bakıdakı nümayəndə heyətinin rəhbəri, ölkədə diplomatik fəaliyyətini başa vuran səfir Peter Miçalko arasında keçirilən görüşdə müzakirə olunub.

    Görüş zamanı minatəmizləmə sahəsində Avropa İttifaqı ilə gələcək əməkdaşlığın perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.