ANS-in bir klipinin tarixçəsi və ya maraqlı bayram təbriki
ABBA-nın "Happy New Year" mahnısını azərbaycanca remeyki VİDEO
XatırlayIram, 30 dekabr 2013-cü il idi və ANS olaraq Yeni il və Dünya Azərbaycanlıların Həmrəyliyi bayramlarına hazırlaşırdıq...
Bir maraqlı təsadüf nəticəsində səhər tezdən evdə, maşında və işə daxil olanda radioda ABBA-nın "Happy New Year" mahnısını dinləməli oldum. Eyni mahnını cəmi 1 saat ərzində üş dəfə. Dedim bu bir işarədir... Və bu işarəni alıb mahnının librettosunu tapdım və yarım saata özüm onu Azərbaycan dilinə tərcümə etdim. 1980-cı ildə ABBA-nın yazdığı mahnının Azərbaycan remeykini yaratmaq qərarına gəldim. Bünün üçün mənə operatorumuz Vüsal, Agnetta Faltskok rolunu ifa etmək üçün müğənnimiz Mina, mahnının yaradıcısı Benni Andersonu canlandırmaq üçün sürücüm Adili (bütün klip boyu pəncərəyə baxan personaj) və 3 manat pul lazım oldu. Günorta "Kempinski" otelindəki (indi "Badamdar") dostlarımızın sayəsində bir otaq kirayələdik və axşam ANS TV-nin işdə olan əməkdaşlarını "böyük studiya"ya yığaraq, onlarla cəmi 20 dəqiqəlik dekorativ bir şənlik təşkil edərək onu da lentə aldıq. Vəssalam, şüttamam!
Çəkilişlər saat 19.00-da sona çatdı və bütün gecə klipi mən özüm montaj etdim. Mahnı "youtub"un hələ bakirə illərində bir günə 120 min baxış yığdı...

Bu gün, 10 ildən sonra, bu mahnını qızım yadıma saldı. Qulaq asdım... Necə də bu günümüzə cavab verən mahnı və ən əsası onun sözləridir:
SOYUQ GÜNLƏR ARXADA QALDI VƏ BİZ -
SƏN VƏ MƏN, ELİMİZ, GÜCLƏNDİ, VƏTƏNİMİZ!
ƏL-ƏLƏ TUTUB KEÇDİK ÇƏTİN GÜNLƏRİ SƏLİS,
ƏRİDİ VƏ GETDİ DƏRDİMİZ, KƏDƏRİMİZ.
YENİ GÜNÜN, YENİ İLİN MÜBARƏK!
MÜŞKÜLLƏ VİDALAŞAQ, UNUDAQ, YENİ SƏHiFƏ BİRGƏ AÇAQ.
YENİ GÜNÜN, YENİ İLİN MÜBARƏK!
UĞURU QARŞILAYAQ, XOŞBƏXTLİKÇÜN VURUŞAQ VƏ BARIŞAQ.
SƏN VƏ MƏN!
SƏN VƏ MƏN!
DÜNYAYA BAX, İNSANLAR NƏ HAYDADIR?
YARADIR BİRİSİ - DİGƏRİSƏ DAĞIDIR.
TƏHLÜKƏ – HƏR YANDADIR, İNCƏDİR PLANETİMİZ.
GERİYƏ, YA İRƏLİ SEÇMƏLİYİK YALNIZ BİZ,
SEÇMƏLİDİR QƏLBİMİZ.
Əziz dostlar, hamınızı ailəmiz və ANS Şirkətlər Qrupu adından ürəkdən təbrik edirəm! Allah Sizi qorusun və yalnız uğur nəsib etsin. Niyə yalnız uğur? Ona görə ki, "Titanik" gəmisində batan insanların hamısının gözəl səhhəti və külli miqdarda pulları və sərvətləri var idi. Onlar, sadəcə, uğursuz idilər. Batdılar, getdilər... 2024-cü ildə də biz gərək batmayaq!