Antalyada rus və belaruslu turistlər qəzaya düşdü
Yaralılar arasında 16 Rusiya Federasiyası, 4 Belarus vətəndaşı da var
Türkiyənin Antalya şəhərində rus və belaruslu turistləri daşıyan avtobus qəzaya uğrayıb.
İHA agentliyinin məlumatına görə, tətilin sonunda Alanya otellərindən Antalya hava limanına gedən Rusiya Federasiyası və Belarusdan olan turistlərin olduğu mikroavtobus Manavqat bölgəsində magistral yolda dirəyə çırpılıb.
"Nehir Haber" yazır ki, Antalya hava limanına gedən yolda baş verən qəzada sürücü ölüb, 20 turist isə yaralanıb. Yaralılar arasında 16 Rusiya Federasiyası, 4 Belarus vətəndaşı da var.