BLOQ

Antiterror tədbirində şəhid olan 6 hərbçinin adı məlumdur

Azərbaycanın Müdafiə Nazirliyi siyahını yeniləyib

Antiterror tədbirində şəhid olan 6 hərbçinin adı məlumdur
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qarabağda lokal antiterror tədbirlərində şəhid olan 6 hərbçinin kimliyi müəyyənləşib.

    Siyahıda 186 nəfərin adı yer alır. Əvvəlki siyahıda isə 180 hərbçinin adı vardı.

    SİYAHI

    Qeyd edək ki, Səhiyyə Nazirliyinin məlumata görə, lokal antiterror tədbirləri zamanı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 192 hərbi qulluqçusu şəhid olub.

    Şəhid olmuş hərbçilərdən 180 nəfər Müdafiə Nazirliyinin, 12 nəfər isə Daxili İşlər Nazirliyinin hərbi qulluqçularıdır. Şəhid olanlardan 1 nəfər də mülki şəxsdir.

    11 nəfərin şəxsiyyətinin Məhkəmə Tibbi Ekspertiza tərəfindən məhkəmə genetik müayinələr aparıldıqdan sonra müəyyənləşdiriləcəyi qeyd olunmuşdu.

    Eyni zamanda, lokal antiterror tədbirləri nəticəsində 511 hərbi qulluqçumuz və 1 mülki şəxs yaralanıb.

    Şəhidlərimizin ruhu qarşısında baş əyirik!