BLOQ

Zaman fərqi

Dünyada hər nə varsa, nisbidir. Xüsusilə də zaman...

Zaman fərqi
  • Oxuma müddəti:

    4 dəqiqə

  • Dəfələrlə başa salsa da, hər dəfə eyni sualı eşidən Enşteyn nisbilik nəzəriyyəsini bir dəfə də belə izah etməyə çalışdı.

    "Barmağınızı bir dəqiqə odun üzərində saxlamağa çalışın, həmin bir dəqiqə sizə bir ömür gələcək. Sonra ən sevdiyiniz xanımınla bir saat keçirin. Həmin bir saat sizin üçün bir dəqiqə qədər az gələcək. Elə isə mənə nəyinsə mütləq olması barədə heç nə deməyin.

    Dünyada hər nə varsa, nisbidir. Xüsusilə də ZAMAN..!

    Bəs zaman özü nədir? Zaman maddənin dördüncü ölçü formasıdır (qaz, maye, maddə halı və zaman). Maddə olmadan zaman olmur. Varlıq aləmində hər nə dərk olunursa, maddə və zaman çərçivəsində var olanlardır.

    Allahın mahiyyətini də biz Onun zaman və məkandan xaric olduğu üçün dərk edə bilmirik. O zaman məkanı da onlardan xaric olduğu üçün yaradıb və idarə edir. Çünki nəyinsə içində olmaqla onu nə yaratmaq, nə də idarə etmək olur.

    Enşteynin verdiyi açıqlama bir çox elmi ixtira və kəşflərə işıq tutur. Bəli, zaman nisbidir. Və zaman bizə görə zamandır. Yəni, yaşadığımız Yer kürəsinə görə. Belə ki, kosmik raketlə orbitdən çıxan kosmonavtlar məkanda qərar tutmadıqları üçün zaman da onlara görə heç bir əhəmiyyət kəsb etmir. Daha dəqiq desək, ölçü vahidi hesab edilə bilmir.

    İndi belə təsəvvür edək ki, Yer kürəsindən ayrılan kosmik gəmi orbitdə hərəkətdə olduğu zaman başqa bir kosmik gəmi də Aya qonur. Belə olan halda Ayda olan zamanla yerdə olan zaman və (Yer zamanı ilə idarə olunan) orbitdəki kosmik gəminin zamanı tam fərqli olacaq. Hətta kosmik gəminin özündə belə zaman hansı məntəqədən qalxırsa, oranın zamanı ölçü vahidi götürülür. Belə ki, meridianlar arasında zaman fərqi ölkələr arasındaki zaman fərqinə səbəb olur.

    Enşteyn zamanın nisbi olduğunu avtobusa minib hərəkət etməyə başladığı zaman müəyyən edir. Belə ki, o avtobusa mindiyi zaman şəhərin mərkəzi meydanındakı saatda əqrəblər 15:45-i göstərirdi, o uzaqlaşdıqca yenə də saat 15:45-i göstərirdi. O, özünə sual verir, saatın yanındaki şəxs üçün də saat 15:45, saatdan neçə yüz metr uzaqlaşan mən üçün də eynidir. Və zaman bizdən neçə kilometr uzaqda yaşayan başqa bir şəxs üçün də eynidir. Məkan fərqli olsa da, zaman eyni olaraq qalır. Çünki zaman məkandakı eyni sürətlə hərəkətdədir.

    Belə olduğu halda o, zamanın nisbi olduğu qənaətinə gəlir. Və əgər zamanın özü nisbidirsə, onun yaranmasına səbəb olan məkanın özü də, onda mövcud olan hər bir varlıq da nisbi olmalıdır.

    Nisbliyi təsdiq edən başqa bir nümunə. Orbitdə zamandan xaricdə hərəkətdə olan kosmik raketdə (Yer vaxtı ilə) 1 ilə yaxın qalan şəxsin ömrü necə hesablanmalıdır? Eləcə də (fərz edək), Mars və Yupiterdə olan şəxsin ömrünü. Belə ki, hər birinin günəşin ətrafında dövr müddəti Yerdən çox fərqlidir.
     
    Bəs Quran bu barədə nə deyir? Quranın zamana olan baxışı çox əhatəlidir. Hətta bir neçə ayəyə günün müxtəlif vaxtlarının adını verir. Məsələn, Fəcr (dan yerinin söküldüyü vaxt), Ləyl (gecənin ulduzlu zülmət vaxtı), Zuha (günəşin üfüqdə çıxıb işıqlarının hər yerə yayıldığı vaxt), Əsr (axşamüstü).

    Məsələnin əhəmiyyətini çatdırmaq üçün bir neçə ayədə onlara həm and içilir, həm də şahid gətirilir.

    Zamanın nisbiliyi əslində Quran ayələrində də yer alır. Məsələn, Həcc surəsinin 47-ci ayəsində deyilir.
    "Şübhəsiz ki, Rəbbinin dərgahında bir gün sizin hesabladığınızın min ili kimidir".

    Ardı var