İran TRİPP-lə rəqabətçün İrəvanla əməkdaşlığı genişləndirir
İran və Ermənistan ikinci körpünün tikintisi, elektrik ötürücü xətləri və nəqliyyat layihələrini müzakirə ediblər
17:03
İran və Ermənistan ikinci körpünün tikintisi, elektrik ötürücü xətləri və nəqliyyat layihələrini müzakirə ediblər. 30 il Ermənistanda bir daşı daş üstə qoymayan molla rejimi TRİPP layıhəsi gerçəkləşdiyi ərəfədə yaman əl-ayağa düşüb.

Ermənistan və İranın xarici işlər nazirləri Ararat Mirzoyan və Abbas Araqçi Ermənistan-İran sərhədində ikinci körpünün tikintisi və iki ölkə arasında yük daşınmasının asanlaşdırılması məsələlərini müzakirə ediblər. Nazirlər həmçinin elektrik ötürücü xəttinin tez bir zamanda tamamlanmasının vacibliyini qeyd etdilər və kommunikasiya və regional bağlantı layihələrinin maneələrinin aradan qaldırılmasının yaratdığı imkanları müzakirə ediblər.
İran tərəfi "Sülh Kəsişməsi" layihəsinə dəstəyini bir daha təsdiqləyib. Mirzoyan öz növbəsində TRIPP layihəsinin həyata keçirilməsi üçün görülən işləri təqdim edib. Xarici işlər nazirləri həmçinin Ermənistan-İran münasibətlərinin inkişafını müzakirə ediblər və onların strateji xarakterini vurğulayıblar. Bundan əlavə, tərəflər regiondakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Mirzoyan qeyd edib ki, Ermənistan hadisələri diqqətlə izləyir və mövcud problemlərin danışıqlar yolu ilə həllinə böyük əhəmiyyət verir.
***
11:56
Ermənistan Respublikasının xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan 4-5 oktyabr tarixlərində İran İslam Respublikasına rəsmi səfər edib.

5 oktyabrda nazir Mirzoyan həmkarı, İran xarici işlər naziri Abbas Əraqçi və İranın yüksək vəzifəli rəsmiləri ilə görüşlər keçirir.

Səfərin gündəliyinə Ermənistan və İran arasında ikitərəfli münasibətlər, eləcə də qarşılıqlı maraq doğuran regional məsələlər daxildir.
2 dəqiqə