Arayik Arutunyanın vəkili Alov Səfərəliyevdir
Bu barədə hüquq müdafiəçisi Murad Sadəddinov "facebook"da yazıb
Arayik Arutunyanı Alov Səfərəliyev vəkil müdafiə edəcək. Bu barədə hüquq müdafiəçisi Murad Sadəddinov "facebook"da yazıb:
"Xankəndində həbs edilərək Bakıya gətirilən separatçı Arayik Arutunyanın vəkilinin kimliyi məlum olub.
Onun hüquqlarını tanınmış vəkil Alov Səfərəliyev müdafiə edəcək.
Alov Səfərəliyev faktı təsdiqləyib: “Bu gün Araik Arutyunyanın müdafiəçisi kimi onun dindirilməsində iştirak etdim. Səhhəti və psixoloji durumu yerindədir. Təkcə onu deyə bilərəm ki, onun dedikləri bir çox məsələlərin açılmasına kömək olacaq. Müdafiəmizi Azərbaycan Respublikasının qanunvericiliyinə, Beynəlxalq konvensiyaların tələblərinə və vəkil etikasına uyğun olaraq quracayıq. Bir sözlə, peşə borcumuzu vicdanla yerinə yetirəcəyik!”.