BƏM Ermənistanın Azərbaycana qarşı 3 iddiasını qəbul edib
Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın 10 iddiasından 7-sini rədd edib
Haaqadakı BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi "İrqi ayrıseçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın (CERD) tətbiqi ilə əlaqədar müvəqqəti tədbirlər haqqında Ermənistan Azərbaycana qarşı" 17 noyabr 2023-cü il tarixli qərarı ilə Ermənistanın Azərbaycana qarşı 10 iddiasına baxıb.
İddiaların əksəriyyəti (7) rədd edilib.
Qəbul edilən iddialar:
1. Bakı ermənilərin “Dağlıq Qarabağ”a qayıtmasına mane olmamalıdır;
2. Bakı “Dağlıq Qarabağ”da qalan ermənilərin getməsinə mane olmamalıdır;
3. Bakı ermənilərin “Dağlıq Qarabağda” mülkiyyətini saxlamaq hüququnun sənədlərini saxlamalıdır.
Rədd edilən iddialar:
1. Məhkəmə Azərbaycanın Qarabağ üzərində suverenliyini və ərazi bütövlüyünü təsdiq edib.
3. Məhkəmə Azərbaycan hökumətinin Qarabağın erməni sakinləri ilə bağlı artıq bəyan olunmuş siyasətini qəbul edib. Bu, milli və ya etnik mənşəyindən asılı olmayaraq bütün sakinlərin təhlükəsizliyini və mühafizəsini təmin etmək barədə öhdəliyimizi əhatə edir.
4. Məhkəmə Ermənistanın BMT agentliklərinin Qarabağ bölgəsinə səfəri və Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə əməkdaşlıq barədə iddiasına əhəmiyyət verməyib, bununla da, beynəlxalq təşkilatların bölgəyə girişi ilə bağlı ölkəmizə qarşı bütün iddiaları mahiyyətcə əsassız edib.
5. Məhkəmənin Azərbaycan tərəfindən mədəniyyət abidələrinin və artefaktlar ilə bağlı Ermənistanın iddialarını rədd etməsi Azərbaycanın həyata keçirdiyi müsbət tədbirlərin təsdiqidir.
6. Məhkəmə müvafiq ittihamlarla saxlanılan qanunsuz separatçı rejimlə əlaqəsi olan şəxslərlə bağlı Ermənistanın iddiasını eyni şəkildə təmin etməyib.
7. Azərbaycanın İrqi Ayrıseçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında Beynəlxalq Konvensiya (CERD) öhdəliklərinin pozuntusu Məhkəmə tərəfindən təsdiqlənməyib və Ermənistanın bu iddiası da rədd edilib.