İmran Xanın həbs müddəti artırıldı
O, dövlət xəzinəsindən qiymətli əşyaların satışı ilə bağlı korrupsiya işi üzrə də təqsirkar bilinib
Pakistanın keçmiş baş naziri İmran Xan və həyat yoldaşı Buşra Bibi Toşaxanan dövlət xəzinəsindən qiymətli əşyaların satışı ilə bağlı korrupsiya işi üzrə hər biri 14 il həbs cəzası alıblar.
Bu barədə BBC məlumat yayıb.
İş üzrə yeni hökm xüsusi məhkəmənin Xan və keçmiş xarici işlər naziri Şah Mahmud Qüreyşi dövlət sirlərini açıqlamaq ittihamı ilə 10 il həbs cəzasına məhkum etməsindən cəmi bir gün sonra verilib.