XƏBƏRLƏR / Terror

Araz Ağalarov zərərçəkmiş kimi tanınıb

“Crocus City Hall” konsert zalında 2024-cü il martın 22-də 140-dan çox insanın ölümü ilə nəticələnən terror aktı baş vermişdi

Araz Ağalarov zərərçəkmiş kimi tanınıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • “Crocus City Hall” konsert zalının sahibi “Crocus International” 2024-cü il martın 22-də 140-dan çox insanın ölümü ilə nəticələnən terror aktı ilə bağlı iş üzrə zərərçəkmiş kimi tanınıb.


    Crocus International, Araz Ağalarovun Crocus Group-un strukturlarından biridir;

    Krasnoqorskdakı konsert zalına hücumu zamanı tamamilə yanıb, dam örtüyü uçub. RBC-nin həmsöhbətləri yanğından dəyən ziyanı 10-12 milyard rubl qiymətləndiriblər. Moskva vilayətinin səlahiyyətliləri dağıdılmış ərazinin bərpa olunmayacağını bildirdilər.

    Xatırladaq ki, Crocus-a hücum işində 1700-dən çox insan zərərçəkmiş kimi tanınıb, daha 800-dən çox insan şahid qismində gətirilib. Yanvarda Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin bildirib ki, 27 nəfər təqsirləndirilir. İstintaq terror aktını törədənlər Dalerjon Mirzoev, Saidakrami Rachabalizoda, Shamsidin Fariduni və Muhammadsobir Fayzovu hesab edir. Hücuma görə məsuliyyəti “Vilayət Xorasan” terror qruplaşması öz üzərinə götürüb.