
15:18
Xalq artisti, professor Arif Babayevin vəziyyəti ağır olaraq qalır.
Bu barədə Mərkəzi Klinikanın Mətbuat xidmətinin rəhbəri Elşən Şükürov məlumat verib.
Onun sözlərinə görə, Arif Babayev dünən axşam xəstəxanaya gətiriləndən bəri reanimasiya şöbəsindədir:
"Hələlik vəziyyəti ağır olaraq qiymətləndirilir. Vəziyyətində ciddi dəyişiklik müşahidə olunmur”.
Qeyd edək ki, 23.07.2025-ci il tarixində saat 17:30 radələrində Xalq artisti Arif Babayev kəskin tənəffüz çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Bildirilib ki, pasiyent dərhal intubasiya olunaraq süni tənəffüs dəstəyilə təmin olunub. O, dünən axşam saatlarında təcili tibbi yardım maşını ilə Qax Rayon Mərkəzi Xəstəxanasından Bakıya - Mərkəzi Klinik Xəstəxanaya təxliyə olunub.
***
09:25
Xəstə Arif Babayev dünən axşam saatlarında Mərkəzi Klinikaya müraciət edib. Vəziyyəti ciddi ağır olaraq qiymətləndirilir.
Bunu Mərkəzi Klinikanın İnformasiya Mərkəzindən bildiriblər.
Qeyd olunub ki, hal-hazırda A.Babayevin reanmasiya şöbəsində müalicəsi davam edir.
***
24 iyul 2025-ci il
23:48
Xalq artisti Arif Babayev təcili tibbi yardım avtomobili ilə Qax Rayon Mərkəzi Xəstəxanasından Bakıda yerləşən Mərkəzi Klinik Xəstəxanasına gətirilib.
Bu barədə Arif Babayevin oğlu Yaşar Babayev məlumat verib.
Onun sözlərinə görə, atası klinikanın reanimasiya şöbəsinə yerləşdirilib.
Y. Babayev atasının vəziyyətinin ağır olduğunu və hansısa dəyişiklik olmadığını bildirib.