XƏBƏRLƏR / Seçki

ATƏT Azərbaycanda seçkiləri müşahidə edəcək

Qeyd edək ki, sentyabrın 1-nə növbədənkənar seçkiləri təyin edilib

ATƏT Azərbaycanda seçkiləri müşahidə edəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Azərbaycanda sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə müşahidəçilər missiyası göndərəcək.

    Onlar Azərbaycandan seçkilərdə müşahidəçi qismində iştirak etmək üçün rəsmi dəvət alıblar.

    Bürodan verilən məlumata görə, müşahidəçilərin sayı fevralda keçirilən prezident seçkilərindəki ilə eyni ola bilər.

    Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.