XƏBƏRLƏR / Hərbi

Avropada genişmiqyaslı hərbi təlim başladı

"Arctic Challenge Exercise 23" adlı hərbi hava təlimlərində 3 min hərbçi və 150 ​​təyyarə iştirak edəcək.

Avropada genişmiqyaslı hərbi təlim başladı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Finlandiya, İsveç və Norveçdə genişmiqyaslı hərbi təlim başlayıb.

    Bu barədə Finlandiyanın "Yle" portalı məlumat yayıb.

    "Arctic Challenge Exercise 23" adlı hərbi hava təlimlərində 3 min hərbçi və 150 ​​təyyarə iştirak edəcək. 

    Təlimlərdə Danimarka, Niderland, Belçika, Böyük Britaniya, İtaliya, Kanada, Fransa, Almaniya, İsveçrə, Çexiya və ABŞ hərbçilərinin də iştirakı nəzərdə tutulur. Manevrlər iki həftə davam edəcək və iyunun 9-da başa çatacaq.