AXCP sədri Əli Kərimli və onun müavininin məhkəməsi başlayıb
İş üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilir YENİLƏNİB
15:55
AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə başlayıb.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib. Prosesdə anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə cinayət işinin baxışa verilməsi barədə qərar qəbul edib.
Məhkəmənin baxış iclası noyabrın 13-nə təyin olunub.
Qeyd edək ki, Əli Kərimli və Məmməd İbrahim ötən ilin dekabrında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.
Onlara qarşı Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.
***
12:17
Bu gün Əli Kərimli və onun müavininin məhkəməsi başlayır.
Bakı Ağır Cinayətlər Məhkəməsində AXCP sədri Əli Kərimli və onun müavini Məmməd İbrahimin işi üzrə məhkəmə iclası başlayır. Onlar hakimiyyəti zorla ələ keçirməyə yönəlmiş hərəkətlərdə ittiham olunurlar.
İttihamlar 20 ilə qədər həbs və ya ömürlük həbs cəzası nəzərdə tutur.
Xatırladaq ki, hər iki təqsirləndirilən şəxs ötən il Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin işi üzrə istintaq çərçivəsində həbs olunub. Mehdiyev əvvəllər yaşı və sağlamlığı ilə əlaqədar olaraq 14 il müddətinə azadlıqdan məhrum edilib.
1 dəqiqə