XƏBƏRLƏR / Siyasət

Ayxan Hacızadə Andrea Viktorinin cavabını verdi

XİN sözçüsü Aİ-nin Ermənistandakı səfirinin Qarabağın erməni əhalisindən danışmasını qəbuledilməz sayır

Ayxan Hacızadə Andrea Viktorinin cavabını verdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Xarici İşlər Nazirliyi Avropa İttifaqının Ermənistandakı səfiri Andrea Viktorinin Dağlıq Qarabağın erməni əhalisinin hüquq və təhlükəsizliyinin təmin edilməsi və bunun üçün beynəlxalq mexanizm formalaşdırılmasının zəruriliyi ilə bağlı bəyanatını “qəbuledilməz” adlandırıb.

    Nazirliyin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, diplomatın bu bəyanatları “beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq Azərbaycanın daxili işlərinə qarışmaq cəhdidir”.