Qərbi Avropa liderləri Əliyevlə şəkil çəkdirmyə can atırlar
Bunu Macarıstanın xarici işlər naziri Peter Szijarto Ceyhun Bayramov ilə birgə mətbuat konfransında bildirib
Macarıstanın xarici işlər naziri Peter Szijarto Budapeştdə azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə birgə mətbuat konfransında bildirib ki, Macarıstanın Azərbaycanla dostluğu iqtisadi vəziyyətdən asılı deyil və Macarıstan Azərbaycan təbii qaz mənbələri aşkar edilməmişdən xeyli əvvəl Azərbaycanla dost olub.
“Yadımdadır, biz 2010-2011-ci illərdə Azərbaycanla əlaqələr qurmağa başlayanda Avropada bizə pis baxırdılar. Ona görə də Qərbi Avropa liderlərinin indi Bakıda prezident Əliyevlə şəkil çəkdirmək üçün bir-birini necə itələdiyini görmək gülməlidir”, - Macarıstanın xarici işlər naziri bildirib.