XƏBƏRLƏR / Siyasət

Leyla Abdullayeva etimadnaməsini Makrona təqdim etdi FOTO

Bu barədə Leyla Abdullayeva twitter hesabında yazıb

Leyla Abdullayeva etimadnaməsini Makrona təqdim etdi FOTO
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva etimadnaməsini bu ölkənin prezidenti Emmanuel Makrona təqdim edib. Fransa prezidenti səfiri yeni təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Bu barədə Leyla Abdullayeva twitter hesabında yazıb.

    Fransanın Azərbaycana dost ölkə olduğunu bildirən Makron deyib ki, bölgədə sülhün bərqərar edilməsi rəsmi Parisin də marağındadır.

    Səfir Leyla Abdullayeva Azərbaycanın bölgədə sülhün bərqərar edilməsində ən maraqlı ölkə olduğunu və sülh gündəliyini təşviq etdiyini bildirib. Bu gündəliyin dəstəklənməsinin vacibliyinə toxunub.

    Görüşdə Azərbaycanla Fransa arasındakı münasibətlər və regional vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.

    Xatırladaq ki, rəsmi Parisin antiazərbaycan mövqeyinə görə, Fransanın Azərbaycana yeni təyyin edilmiş səfiri Ann Buayonun keçən il dekabrın 7-də etimadnaməsinin surətini prezident İlham Əliyevə yox xarici işlər naziri Ceyhun Bayramova təqdim etmişdir.