XƏBƏRLƏR / Siyasət

Hacıyev və Altun media sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycan Prezidentinin köməkçisi Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya şöbəsinin müdiri ilə görüşüb

Hacıyev və Altun media sahəsində əməkdaşlığı genişləndirir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bakı və Ankara media və kommunikasiyalar sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədirlər.

    Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya şöbəsinin müdiri Fahrettin Altun ilə görüş keçirib.

    “İki dost və qardaş ölkə olaraq beynəlxalq arenada həqiqət uğrunda mübarizəmizi davam etdirəcəyik”, - deyə Altun bildirib.

    Türkiyə tərəfi kommunikasiya, media, ictimai diplomatiya və dezinformasiyaya qarşı mübarizə sahəsində ölkələr arasında regional və qlobal səviyyədə əməkdaşlığın gücləndirilməsinə böyük əhəmiyyət verir.