XƏBƏRLƏR / Siyasət

Türkiyə XİN oyuncaq "seçkilər"i kəskin pislədi

Separatçıların keçirdiyi qondarma seçkilərlə bağlı nazirlik rəsmi Press Reliz yayıb

Türkiyə XİN oyuncaq "seçkilər"i kəskin pislədi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 9 sentyabr 2023-cü il tarixində Azərbaycanın Qarabağ bölgəsində qeyri-legitim erməni qüvvələrinin nəzarətində olan ərazilərdə keçirilən qondarma seçkilərlə bağlı Press Reliz:


    Azərbaycanın Qarabağ bölgəsində qanunsuz erməni qüvvələrinin nəzarətində olan torpaqlarda keçirilən seçkilər regionda beynəlxalq hüquqa zidd olan mövcud vəziyyəti birtərəfli qaydada legitimləşdirmək cəhdlərinin yeni təzahürüdür. Bu addım beynəlxalq hüququn, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və ATƏT-in prinsiplərinin açıq şəkildə pozulmasıdır.

    Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının davam etdirilməsinə çalışıldığı bir vaxtda keçirilən seçkiləri sülh danışıqlarına xələl gətirmək cəhdi kimi qəbul edir və pisləyirik.

    Türkiyə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün pozulmasını təşkil edən bu qeyri-legitim seçkini tanımır. Biz BMT və beynəlxalq ictimaiyyəti bu seçkiləri tanımamağa çağırırıq.

    Türkiyə Azərbaycan və Ermənistan arasında sülh danışıqları prosesini dəstəkləyir və ən qısa zamanda daimi sülh sazişinin imzalanmasının regionun sülh və sabitliyinə böyük töhfə verəcəyinə inanır.