XƏBƏRLƏR / Nəqliyyat

Azərbaycan, Ermənistan və Rusiya nümayəndələri görüşür

Bu gün Moskvada baş nazirlərin müavinlərinin görüşü keçiriləcək

Azərbaycan, Ermənistan və Rusiya nümayəndələri görüşür
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu gün Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri - Şahin Mustafayev, Mher Qriqoryan və Aleksey Overçukun həmsədrliyi ilə regional kommunikasiyaların açılması üzrə üçtərəfli işçi qrupunun görüşü planlaşdırılır.

    Bundan əvvəl Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, tərəflər Azərbaycan və Ermənistan arasında sərhədin keçmə prosedurunu, o cümlədən gömrük və sərhəd nəzarətinin həyata keçirilməsini müzakirə edəcəklər.