XƏBƏRLƏR / Din

Azərbaycanda Ramazan ayı başladı

Şəvval ayının 1-i (aprelin 21-i) Ramazan bayramıdır

Azərbaycanda Ramazan ayı başladı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanda Ramazan ayı başlayıb. Ramazan ayının birinci günü miladi təqvimlə 2023-cü il martın 23-dür.

    Qafqaz Müsəlmanları İdarəsi (QMİ) fətva verərək bəyan edib ki, İdarənin müvafiq sorğusuna əsasən, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanası bu il Ramazan ayının 1-nin miladi təqvimlə mart ayının 23-nə təsadüf etdiyini bildirib.

    Şəvval ayının 1-i (aprelin 21-i) Ramazan bayramıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, aprelin 21-i və 22-si Azərbaycanda Ramazan bayramı qeyd ediləcək.