XƏBƏRLƏR / Din

"Qurani-Kərimin yandırılması insanlıq cinayətidir"

Bunu Türkiyə Prezidentinin sözçüsü İbahim Kalın deyib

"Qurani-Kərimin yandırılması insanlıq cinayətidir"
İbrahim Kalın
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  •  "İsveçin paytaxtı Stokholmda Qurani-Kərimin yandırılması açıq-aşkar nifrət və insanlıq cinayətidir. Hadisəni şiddətlə qınayırıq". Bunu Türkiyə Prezidentinin sözçüsü İbahim Kalın deyib. “Bütün xəbərdarlıqlarımıza baxmayaraq, bu hərəkətə icazə vermək nifrət cinayətlərini və islamofobiyanı təşviq edir. Müqəddəs dəyərlərə hücum azadlıq deyil, müasir barbarlıqdır",-o, qeyd edib.

    Qeyd edək ki, məsələyə milli müdafiə naziri Hulusi Akar da münasibət bildirmişdi.