Azad edilmiş ərazilərdə tarixi abidələrin bərpası başlanılıb
Bunu mədəniyyət naziri Adil Kərimli bildirib

Qarabağda tarixi abidələrin inventarlaşdırılması artıq başa çatıb, bərpasına başlanılıb.
Bunu jurnalistlərə açıqlamasında mədəniyyət naziri Adil Kərimli bildirib.
Nazir deyib ki, hazırda Ağdamda Pənahəli xanın imarət-kompleksinin bərpası həyata keçirilir.
Adil Kərimli onu da deyib ki, Xocalı Memorial Kompleksinin layihəsi hazırdır və onun icrası Heydər Əliyev Fondu tərəfindən həyata keçiriləcək.
"Artıq təsdiq olunmuş layihə mövcuddur və işlər də bu layihəyə uyğun olaraq aparılacaq" - deyə nazir qeyd edib.