Azad olan ərazilərdə minatəmizləməyə kim nə qədər pul ayırıb
Avropa ittifaqı ölkələri Azərbaycanda minatəmizləmə sahəsinə ayırdığı vəsaitlər
Aİ ölkələrindən Azərbaycanda minatəmizləmə sahəsinə son transferlər açıqlanıb:
İtaliya BQXK-ya əməliyyat ianələri kimi 500 min avro yardım edib.
Almaniya - Cənubi Qafqazda minaların qadağan edilməsi layihəsini təşviq etmək və Ottava Konvensiyasına qoşulmaq üçün 560 min avro.
Fransa - ANAMA-nı metal detektorları və 310 minadan təmizləmə dəsti ilə təmin etmək üçün 500 min avro.
Sloveniya – ANAMA ilə 2022-ci ilin aprelində imzalanmış əməkdaşlıq sazişi çərçivəsində 50 000 avro.
Estoniya – BQXK tərəfindən həyata keçirilən minatəmizləmə fəaliyyətləri üçün 50 min avro.
Macarıstan ANAMA-ya əməliyyat ianələri kimi 25 min avro ayırıb.
Belçika – APOPO-nun minatəmizləmə fəaliyyətlərini dəstəkləmək üçün 250 min avro.
Xorvatiya Azərbaycana minaaxtaran itlər təqdim edib.
Qeyd edək ki, Avropa İttifaqının minalarla mübarizəyə yönəlmiş təşəbbüsü çərçivəsində bu il Azərbaycana 2 milyon avro vəsait ayırmağı planlaşdırır. Bunu Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko Avropa Minalardan Təmizləmə Qrupunun tədbirində deyib.