XƏBƏRLƏR / Hərbi

Azad olunan ərazilərdə daha 382 ha minadan təmizlənib

Bu barədə ANAMA-dan bildirilib

Azad olunan ərazilərdə daha 382 ha minadan təmizlənib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlayıb.

    ANAMA-dan bildirilib ki, yanvarın 30-dan fevalın 4 -dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Laçın, Cəbrayıl və Zəngilanda 7 tank əleyhinə mina və 168 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. Bildirilib ki, 382 hektar ərazi mina və PHS-lərdən təmizlənib.