Azad olunmuş ərazilərdə vəkil büroları yaradılacaq
Bunu Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov deyib
Azad olunmuş ərazilərdə vəkil bürolarının yaradılması nəzərdə tutulur. Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov deyib. O bildirib ki, bununla bağlı kollegiyada lazımi tədbirlər görülür: "Biz istəyirik ki, həmin ərazilərimizdə də bürolar yaradaq və vətəndaşlarımıza keyfiyyətli hüquqi yardımlar göstərək. Yaxın vaxtlarda bu planı realizə edəcəyik", - deyə A.Bağırov qeyd edib.