XƏBƏRLƏR / Təyyarə qəzası

AZAL təyyarə qəzası haqda nəticə çıxarmaq “hələ tezdir”

Rusiyanın Qazaxıstandakı səfiri Aleksey Borodavkin jurnalistlərə deyib

AZAL təyyarə qəzası haqda nəticə çıxarmaq “hələ tezdir”
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiyanın Qazaxıstandakı səfiri Aleksey Borodavkin bildirib ki, ilkin araşdırma hesabatının dərc olunmasına baxmayaraq, “Azərbaycan Hava Yolları”nın təyyarəsinin qəzaya uğraması ilə bağlı nəticə çıxarmaq “hələ tezdir”.

    “Araşdırma Azərbaycan, Braziliya, Qazaxıstan və Rusiyanın ekspert təşkilatları tərəfindən aparılır. Sizi tələsik nəticələr çıxarmaqdan çəkinməyə və yekun nəticələri gözləməyə çağırıram”, - diplomat bildirib.