BLOQ

Azərbaycan Avrasiyanın Əsas Tranzit Mərkəzi kimi güclənir

Çinin ən böyük və ən qocaman onlayn nəşrlərindən biri olan "Sohu" məqaləsini Orta Dəhlizə və Azərbaycana həsr edib

Azərbaycan Avrasiyanın Əsas Tranzit Mərkəzi kimi güclənir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan Avrasiyanın əsas tranzit mərkəzi kimi mövqeyini gücləndirir.

    Çinin ən böyük və ən qocaman onlayn nəşrlərindən biri olan "Sohu" xəbər verir ki, İran ətrafındakı gərginləşən vəziyyət fonunda Azərbaycanın Avrasiya logistikasında rolu artmaqda davam edir.

    Nəşrin məlumatına görə, İranın şimalında dəmir yolu infrastrukturuna dəyən ziyan ölkə ərazisindən keçən marşrutların etibarlılığını bir daha şübhə altına alıb və Asiya ilə Avropa arasında yük axınlarının yenidən bölüşdürülməsini sürətləndirib.

    Məqalədə qeyd olunur ki, "Nəqliyyat marşrutlarının sabitliyi Avrasiyanın logistika xəritəsini müəyyən edən əsas amillərdən birinə çevrilir".

    Bu fonda Azərbaycandan keçən Orta Dəhliz - Çin, Orta Asiya və Avropa arasında yükdaşıma üçün ən etibarlı marşrutlardan biri kimi qəbul edilir.

    Nəşr vurğulayır ki, "Qlobal təchizat zəncirlərinin davam edən yenidən qurulması Azərbaycanın Avrasiyada əsas nəqliyyat və logistika mərkəzi kimi rolunu daha da gücləndirəcək".