Azərbaycan Çinin Qlobal Təşəbbüslərini dəstəkləyir
Bunu xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda keçirilən Qlobal İnkişaf Təşəbbüsünə dair görüşdə deyib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda keçirilən Qlobal İnkişaf Təşəbbüsünə dair yüksək səviyyəli görüşdə çıxış edib.
"Azərbaycan Çin tərəfindən təklif olunan Qlobal İnkişaf Təşəbbüsünü, Qlobal Təhlükəsizlik Təşəbbüsünü və Qlobal Sivilizasiyalar Təşəbbüsünü dəstəkləyir. Bu təşəbbüslər dünyada sülh, sabitlik və ümumi rifahı təşviq edir, məqsədlərimizlə sıx uyğunlaşır və qlobal çağırışların həllində əməkdaşlığa və inklüzivliyə əsaslanan yanaşmamızı əks etdirir.
Azərbaycan regionda etibarlı tərəfdaş kimi beynəlxalq və regional sülhün qorunmasına fəal töhfə verir”, - XİN rəhbərinin bəyanatında deyilir.