Rusiya səfiri də Ermənistan-Azərbaycan sərhədinə gəlib
Qeqarkunik vilayətinin qubernatoru sərhəddəki vəziyyət barədə danışıb
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bu gün Ermənistan-Azərbaycan sərhədi olan ərazilərə gəlib.
Ermənistanın Qeqarkunik vilayətinin qubernatoru Karen Sarkisyan bölgədə səfərdə olan Rusiyanın səfiri Sergey Kopırkinlə görüşüb O, səfirin bölgəyə səfərinin təfərrüatlarını Facebook-da açıqlayıb.
Sarkisyan səfirə sərhəddəki vəziyyət barədə danışıb.
Xatırladaq ki, bu gün səhər ABŞ-ın Ermənistandakı səfiri Kristina Kuinn də Gorus-Laçın istiqamətində sərhəddə olub.