XİN ABŞ-ın Ermənistandakı səfirinin cavabını verib
Kristina Kvinn Laçın yolunun hərəkət üçün bağlı olduğunu iddia edib və yolun açılmasını “tələb edib”
“Laçın yolu hər zaman normal nəqliyyat üçün açıq olub, amma qeyri-qanuni hərbi və iqtisadi məqsədlər üçün nəzərdə tutulmayıb. Azərbaycan yolda maneəsiz hərəkəti təmin etmək üçün əlindən gələn bütün tədbirləri görür.
Şəffaflıq və təhlükəsizlik üçün Azərbaycanla Ermənistan arasında sərhəd nəzarət-keçid məntəqəsi mütləqdir.”
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə tviterdə yazıb.
Qeyd edək ki, ABŞ-ın Ermənistandakı səfiri Kristina Kvinn Laçın yolunun hərəkət üçün bağlı olduğunu iddia edib və yolun açılmasını “tələb edib”.