XƏBƏRLƏR / Siyasət

Azərbaycan gələn il İƏT sammitinə ev sahibliyi edəcək

Bu barədə xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının iclasında məlumat verib

Azərbaycan gələn il İƏT sammitinə ev sahibliyi edəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan 2025-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) sammitinə ev sahibliyi etmək niyyətindədir. Bunu xarici işlər naziri Ceyhun Bayramov İƏT Xarici İşlər Nazirləri Şurasının Məşhəddə (İran) keçirilən 28-ci iclasında deyib.

    ARAYIŞ: İƏT hökumətlərarası təşkilat kimi, 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılmışdır. İƏT 1964-1979-cu illərdə fəaliyyət göstərmiş Regional Əməkdaşlıq və İnkişaf Təşkilatının davamçısı hesab olunur. 1992-ci il noyabrın 28-də 7 ölkə - Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan İƏT-ə qoşulmuş və hazırda Təşkilatın 10 üzv ölkəsi var.