XƏBƏRLƏR / İqtisadiyyat

Azərbaycan iqtisadiyyatına 20 ildə nə qədər sərmayə qoyulub?

Rəqəmlər Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində açıqlanıb

Azərbaycan iqtisadiyyatına 20 ildə nə qədər sərmayə qoyulub?
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Son 20 ildə Azərbaycan iqtisadiyyatına qoyulan sərmayələrin həcmi açıqlanıb.

    Bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin təşkil etdiyi “Konstitusiya və Suverenlik İli"nə həsr edilən "Dövlət suverenliyinin iqtisadi əsasları və iqtisadi müstəqillik" mövzusunda elmi-praktik konfransda məlumat verib.

    Nazir müavini qeyd edib ki, 2004-2024-cü illərdə Azərbaycan iqtisadiyyatına 344.4 milyard dollar sərmayə qoyulub, bunun da 213.2 milyard dolları qeyri-neft sektoruna yönəldilib.