Azərbaycan-İsrail Birgə Komissiyasının iclası keçirildi
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib
Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın iclası keçirilib. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.
Nazir qeyd edib ki, iclasda ikitərəfli iqtisadi əməkdaşlıq üzrə gündəlikdə olan məsələləri nəzərdən keçirilib.
Ticarət əlaqələrinin və investisiyaların təşviqi, ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq istiqamətləri, innovativ texnologiyaların tətbiqi, rəqəmsal iqtisadiyyat kimi mövzularda əməkdaşlıq müzakirə edilib.
Nazirin digər tvitində yazılıb: "Ətraf mühitin mühafizəsi sahəsində Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında imzalanmış Saziş ölkələrimizin bu istiqamətdə əməkdaşlığının möhkəmləndirilməsinə və resurslardan səmərəli istifadə imkanlarının artırılmasına xidmət edir".