Azərbaycan İsraillə tərəfdaşlıqda öz rolunu gücləndirir
Bu barədə "The Jerusalim Post" qəzetinin baş məqaləsində deyilir

Azərbaycan regional təhlükəsizlik və İsraillə tərəfdaşlıqda öz rolunu gücləndirir.
Azərbaycanın İsrailin regional siyasətində rolu artmaqda davam edir. Azərbaycan Prezidentinin köməkçisi Hacıyevlə İsrailin Baş naziri Netanyahunun görüşü ölkələr arasında strateji əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addım olub.
Bildirilir ki, müzakirələrdə təkcə ikitərəfli əlaqələrə deyil, həm də Azərbaycanın İsrail ilə müsəlman ölkələri arasında əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş "İbrahim razılaşmalarında" potensial iştirakına toxunulub.
“Azərbaycan özünəməxsus mövqeyi ilə regional təhlükəsizlik arxitekturasında mühüm yer tutur. Geosiyasi qeyri-sabitlik şəraitində Azərbaycan regionda təhlükəsizliyin və iqtisadi əməkdaşlığın təmin edilməsində mühüm oyunçu kimi getdikcə əhəmiyyət kəsb edir.
Bundan başqa, Azərbaycanla strateji əməkdaşlıq təkcə İsrail üçün deyil, həm də ABŞ üçün vacibdir. Xüsusilə də Bakı ilə əlaqələrin gücləndirilməsi Vaşinqtona Mərkəzi Asiya ölkələri arasında mövqelərini möhkəmləndirməyə kömək edə bilər”, - məqalədə qeyd edilir.