XƏBƏRLƏR / Müttəfiq

Azərbaycan komandoları Pakistanda hərbi paradda iştirak edib

Parad Pakistanın müstəqilliyinin 78-ci ildönümünə həsr olunub VİDEO / YENİLƏNİB

Azərbaycan komandoları Pakistanda hərbi paradda iştirak edib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 15:00

    Avqustun 13-də Pakistan İslam Respublikasının paytaxtı İslamabad şəhərində ilk dəfə "Müstəqillik günü" və "Haqqın qələbəsi"nə həsr edilmiş hərbi parad keçirilib.

    Müdafiə Nazirliyindən verilən xəbərə görə, paradı Pakistanın siyasi və hərbi rəhbərliyi ilə yanaşı, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, ölkəmizin Pakistan İslam Respublikasındakı səfirliyi və hərbi attaşelik aparatının nümayəndələri, eləcə də digər rəsmi qonaqlar izləyiblər.

    VİDEO

    Müxtəlif ölkələrin silahlı qüvvələrinin nümayəndələrinin iştirak etdiyi hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun parad heyəti təmsil edib.

    ***

    11:03

    Azərbaycan Ordusunun bir qrup hərbçisi İslamabadda Pakistanın müstəqilliyinin 78-ci ildönümünə həsr olunmuş paradda iştirak edir.

    VIDEO

    Mərasim marşında Azərbaycanı Heydər Əliyev adına Hərbi İnstitutun komando qrupu və orkestri təmsil edir.

    Bundan əlavə, Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunlarının Baş Komandanı, feldmarşal Asim Münirin dəvəti ilə Müdafiə nazirinin birinci müavini - Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İslamabaddadır.