XƏBƏRLƏR / Sosial şəbəkə

Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırılıb

Bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov deyib

Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanda məktəblərdə "Tiktok"a çıxış məhdudlaşdırılıb.

    Bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov "Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri" mövzusunda keçirilən Ailə Forumunda deyib.

    Onun sözlərinə görə, həmçinin məktəblərdə 200-dən çox zərərli kontentləri özündə əks etdirən görüntülərə də məhdudiyyət tətbiq olunub:

    "Həmin görüntülər cinayət, narkotik, şiddət və s. məzmunlar daşıyırdı. Təbii ki, bu məhdudlaşma təkcə məktəblə bitməməlidir. Ailədə də uşaqların bu kimi məzmunlardan və platformalardan uzaq durmasına nəzarət edilməlidir".