BLOQ

Azərbaycan neçə ölkəyə, nə qədər neft satır?

Azərbaycanın cari ilin yanvar-avqust aylarında neft ixrac etdiyi ölkələrin siyahısı

Azərbaycan neçə ölkəyə, nə qədər neft satır?
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Cari ilin yanvar-avqust aylarında Azərbaycan İtaliyaya 3 940 368,79 min ABŞ dolları dəyərində 6 226 091,81 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.

    Dövlət Gömrük Komitəsinin hesabatına görə, Azərbaycanın ümumi neft ixracında ikinci yerdə İsrail qərarlaşıb. Hesabat dövründə bu ölkəyə 1 377 514,65 min dollar dəyərində 2 233 526,78 ton neft ixrac edilib.

    Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri Çexiya tutur. Cari ilin yanvar-avqust aylarında bu ölkəyə 738 773,01 min dollar 1 165 388,19 ton neft ixrac edilib.

    Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb.

    Siyahıdan göründüyü kimi, hesabat dövründə 23 ölkəyə 10 308 018,86 min dollarlıq 16 475 802,81 ton neft ixrac edilib.

    Azərbaycanın cari ilin yanvar-avqust aylarında neft ixrac etdiyi ölkələrin siyahısını (statistik dəyəri və həcminə görə) təqdim edirik:

    Ölkələr

    Miqdar (ton)

    Statistik

    dəyər

    Cəmi

    16 475 802.81

    10 308 018.86

    1.

    İtaliya

    6 226 091.81

    3 940 368.79

    2.

    İsrail

    2 233 526.78

    1 377 514.65

    3.

    Çexiya

    1 165 388.19

    738 773.01

    4.

    Hindistan

    1 029 548.41

    646 775.18

    5.

    Xorvatiya

    1 005 081.15

    627 001.41

    6.

    Portuqaliya

    691 401.29

    437 551.47

    7.

    Almaniya

    618 386.55

    406 340.60

    8.

    Böyük Britaniya

    650 115.40

    390 895.78

    9.

    Rumıniya

    433 832.59

    269 181.65

    10.

    Tailand

    376 876.12

    234 238.66

    11.

    Türkiyə

    314 287.56

    173 193.83

    12.

    Tunis

    256 640.09

    163 897.06

    13.

    İndoneziya

    261 305.33

    153 687.47

    14.

    Yunanıstan

    228 237.47

    144 806.06

    15.

    Niderland

    168 985.69

    106 838.99

    16.

    Serbiya

    158 383.41

    98 354.90

    17.

    İspaniya

    166 327.26

    96 479.12

    18.

    Uruqvay

    138 719.62

    85 099.83

    19.

    Polşa

    90 150.50

    57 363.56

    20.

    Fransa

    89 712.83

    57 085.07

    21.

    İrlandiya

    86 042.67

    54 233.98

    22.

    Avstriya

    85 868.91

    47 903.69

    23.

    Özbəkistan

    893.20

    434.09